

E-mail: turkdunyasi.az@mail.ru
"Zəngəzur dəhlizi - türk dünyasına inteqrasiyanın yeni xəttidir"

"Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız Naxçıvanla quru əlaqəsi yaratmaq imkanı deyil, həm də Türkiyə vasitəsilə türk dünyasına inteqrasiyanın yeni xəttidir".
Turkdunyasi.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında səsləndirib.
Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılması Cənubi Qafqazın nəqliyyat və enerji infrastrukturunu da möhkəmləndirəcək:
"Regionumuzda sülhə, təhlükəsizliyə və inkişafa xidmət edəcək bu addımları İranın da dəstəkləyəcəyinə ümid edirik".
Ərdoğan həmçinin Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və inkişaf istiqamətində atdığı addımları qətiyyətlə dəstəklədiyini vurğulayıb.
"O cümlədən, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan addımları da alqışlayırıq. Sülh sazişi mətninə dair razılaşma da sabitliyə doğru mühüm irəliləyişdir. Bu prosesin tezliklə başa çatmasını arzulayırıq", - deyə Türkiyə prezidenti əlavə edib.