23 
iyn
2025
21:18

42

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
XİN Suriyaya başsağlığı verdi

23 iyn, 2025
21:18
1442
Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.
XİN, həmçinin paylaşımında Suriya hökuməti və xalqı ilə həmrəy olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, iyunun 22-də törədilən sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.