28 
iyn
2025
19:32
29

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Zaxarovadan azərbaycanlılara qarşı zorakılıqla bağlı AÇIQLAMA

28 iyn, 2025
19:32
1429

"Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması cinayət işləri çərçivəsində həyata keçirilib".

Turkdunyasi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.
"Əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan Rusiya vətəndaşlarını şübhəli şəxslər qismində saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb", - deyə o qeyd edib.
Onun sözlərinə görə, iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın müvəqqəti işlər vəkili Pyotr Volkovıx Azərbaycan tərəfinə lazımi izahatlar verib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu əmin edib.

Bizimlə əlaqə saxlayın