may
2022
01:47
97

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ukraynada müharibə mayın 9-da dayanmayacaq - LAVROV

2 may, 2022
01:47
997

"Ukraynada hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar".
 
Turkdunyasi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın "Mediaset" teleşirkətinə müsahibəsi zamanı bildirib.
 
"Ukraynadakı əməliyyatın sürəti ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı riskin minimuma endirilməsi zərurətindən asılıdır", - deyə XİN rəhbəri qeyd edib.
 
Lavrov Rusiyanın Ukraynada rejimi dəyişmək məqsədinin olmadığını bildirib. O iddia edib ki, Moskva Ukraynanın şərqində insanların təhlükəsizliyini təmin etmək istəyir.
 
Xatırladaq ki, bir sıra mətbuat orqanları Ukraynadakı müharibənin mayın 9-da dayana biləcəyini proqnozlaşdırır.
 

Bizimlə əlaqə saxlayın