E-mail: [email protected]
Ermənistanda saxlanılan etirazçıların sayı 200-ə çatdı
Ermənistanda polis bölmələrinə aparılan etirazçıların sayı 200 nəfərə çatıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini, müxalifətin “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, vətəndaş itaətsizliyi aksiyasının iştirakçılarına qarşı bütün hüquq-mühafizə sistemi cəlb olunub. Hətta məzuniyyətdə olan polisləri də işə çağırıblar. Saqatelyan əlavə edib ki, onlar sadə vətəndaşlara, eləcə də etirazlarda iştirak edən deputatlara qarşı güc tətbiq edirlər.
"Amma bu kömək etməyəcək. Artıq etiraz hərəkatını dayandırmaq mümkün deyil. Şəhər iflic vəziyyətinə düşüb, hər şey plan üzrə gedir", - müxalifət lideri bildirib.
Saqatelyan qeyd edib ki, Yerevan Dövlət Universitetində çoxları tətil edir, bir qrup tələbə küçə etirazlarına qoşulub:
“Gün ərzində müxtəlif tədbirlər olacaq və saat 18:00-da biz Fransa meydanında toplaşıb vəziyyəti müzakirə edəcəyik”.
Qeyd edək ki, bu gün İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.