31 
avq
2025
12:04

39

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Hikmət Hacıyev: "Çin Azərbaycan-ŞƏT əməkdaşlığını dəstəkləyir"

31 avq, 2025
12:04
1139
"Azərbaycan dialoq tərəfdaşı kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlıq edir".
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O, Çin Xalq Respublikasının Sədri Si Cinpinin ŞƏT-ə verdiyi töhfəni vurğulayaraq qeyd edib ki, təşkilat Şanxay adını və "Şanxay ruhu"nu daşıyır:
"Çin Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycanla qarşılıqlı əməkdaşlığını dəstəkləyir. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. Çinli dostlarımıza dialoq tərəfdaşı qismində Azərbaycanı dəvət etdiklərinə və fəal münasibətlərinə görə minnətdarıq".