may
2022
12:05
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Corc Buş: “Zelenski zəmanəmizin Çörçilidir” - FOTO

6 may, 2022
12:05
1289

ABŞ-ın sabiq dövlət başçısı Corc Buş Ukrayna Prezidenti Volodimir Zelenskini İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillə müqayisə edib.
O, bu barədə özünün “Instagram” hesabında yazıb.
“Mən Prezident Zelenski ilə - zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum”, - deyə o yazıb.
Buş vurğulayıb ki, o, Ukrayna xalqının cəsarətini alqışlayır, həmçinin liderliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə Zelenskiyə təşəkkür edib.
Onun sözlərinə görə, Zelenski ukraynalıların Putinin barbarlığı və quldurluğu ilə mübarizədə tərəddüd etməyəcəklərinə onu əmin edib.
“Amerikalılar onların ruhunun gücündən və möhkəmliyindən ilham alırlar. Biz öz azadlıqları üçün mübarizə aparan ukraynalıları dəstəkləməyə davam edəcəyik”, - deyə Buş yekunlaşdırıb.
dəstəkləməyə davam edəcəyik”, - deyə Buş yekunlaşdırıb.


Bizimlə əlaqə saxlayın