13 
sen
2025
02:27
41

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Fidan İlham Əliyevə təşəkkür etdi

13 sen, 2025
02:27
1241

Ermənistan-Azərbaycan sazişi yekunlaşan kimi Türkiyə-Ermənistan normallaşması başlayacaq.

Turkdunyasi.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutundakı konfransda çıxışı zamanı deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh üçün tarixi riskə getməsini yüksək qiymətləndirdiyini bildirib.
Fidan həmçinin bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə və azərbaycanlı həmkarlarına təşəkkür edib, ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi razılaşmanı möhkəmləndirdiyini bildirib.
Fidan sülh sazişinə yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlədiklərini bildirib.

Bizimlə əlaqə saxlayın