20 
sen
2025
13:38

43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ruanda prezidentinin rəsmi qarşılanma mərasimi oldu

20 sen, 2025
13:38
1443
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Turkdunyasi.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda prezidentinə raport verib.
Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.