21 
sen
2025
13:02

52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İlham Əliyev Malta prezidentini təbrik etdi

21 sen, 2025
13:02
1252
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonoya təbrik məktubu ünvanlayıb.
Turkdunyasi.az məktubun mətnini təqdim edir:
“Hörmətli xanım Prezident,
Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.