okt
2025
11:47
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Əmək pensiyalarının təyin edilməsi yeni qaydada həyata keçiriləcək

6 okt, 2025
11:47
1137

"Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na dəyişiklik edilib.

Turkdunyasi.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Dəyişikliyə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

Bizimlə əlaqə saxlayın