okt
2025
15:26
26

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ərdoğandan Qəbələdə türk ölkələri ilə bağlı təklif

7 okt, 2025
15:26
926

Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib.

Turkdunyasi.az xəbər verir ki, bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edib.
O, oktyabrın 30-dan etibarən Səmərqənddə keçiriləcək UNESKO-nun 43-cü Baş Konfransında bu təklifin səsləndirilməsini tövsiyə edib.
"Macarıstanın müşahidəçi kimi TDT-də iştirakı bizi xoşbəxt edir. Şimali Kipr Prezidenti Ərsin Tatarın da aramızda olmasından olduqca şadam. Türk dünyasının Kipr türklərini tək qoymamasını məmnunluqla izləyirəm", - Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan Türkmənistanı da yaxın dövrdə TDT-də tamhüquqlu üzv kimi görmək istədiklərini bəyan edib.

Bizimlə əlaqə saxlayın