20 
okt
2025
01:17

39

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Prezident xəbərdarlıq etmişdi: O məmur və qohumu cəzalanacaq

20 okt, 2025
01:17
1239
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən məsuliyyət və ədalət prinsipi ilə bağlı dedikləri son günlər sosial şəbəkələrdə paylaşılıb.
Turkdunyasi.az Globalinfo.az-a istinadən xəbər verir ki, dövlət başçısı həmin zaman vəzifədə olan hər bir şəxsin fəaliyyətində qanun və dövlət maraqlarını əsas tutmalı olduğunu və heç bir şəxsə ayrı-seçkilik və himayədarlıq edilməməli olduğunu bildirib.
Prezident vurğulayıb:
“Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı görür”.



