10 
noy
2025
15:07
47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Azərbaycan UNESKO komitəsinə üzv seçildi
10 noy, 2025
15:07
947
Azərbaycan UNESKO-nun Baş Konfransının 43-cü sessiyasında 2025–2029-cu illər üçün "Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənilmə hallarında onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə"yə (ICPRCP) üzv seçilib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial mediada paylaşım edib.
Qeyd olunub ki, bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir.
Məlumat üçün bildirək ki, konfrans Səmərqənddə keçirilib.



