20 
noy
2025
23:07
41

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Hansı dövlət qurumları ləğv olunacaq?

20 noy, 2025
23:07
941

Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.

Turkdunyasi.az Qaynarinfo-ya istinadla xəbər verir ki, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.
İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.
Dəyişikliklərin əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın