26 
noy
2025
11:23
57

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda SSRİ bayrağı qaldıran İbrahim Əsədli kimdir?

26 noy, 2025
11:23
957

Sosial şəbəkələrdə SSRİ bayrağı qaldıraraq yürüşə cəhd etməklə təqsirləndirilən İbrahim Əsədli barədə bəzi faktlar məlum olub.

Turkdunyasi.az Oxu.az-a istinadən xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur və bir müddət əvvəl xoşagəlməz hallarla gündəmə gəlib.
Belə ki, İ.Əsədli ötən ilin fevral ayında işlədiyi "Loğmed" klinikasındakı kabinetində sevgilisi ilə birlikdə olarkən həyat yoldaşı onları yaxalamışdı. Həkim-onkoloq həmin vaxt yanında olan Aynur adlı sevgilisi ilə birləşib həyat yoldaşına şiddət göstərmişdi.
Hadisə ilə bağlı İ.Əsədlinin zərərçəkmiş həyat yoldaşı polisə müraciət etmişdi.

Bizimlə əlaqə saxlayın