dek
2025
18:55
72

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu

8 dek, 2025
18:55
1272

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Turkdunyasi.az xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Prezident İlham Əliyev xatirə kitabını imzaladı.

Bizimlə əlaqə saxlayın