15 
yan
2026
11:53

44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Avropa İttifaqı 4 erməni məhbusun azad edilməsini alqışladı

15 yan, 2026
11:53
1144
Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi Anita Hipper “X”-də paylaşım edib:
“Bu, Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”.
Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayıb.



