fev
2026
18:16
48

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Pensiyalar artırıldı - Sərəncam

9 fev, 2026
18:16
1148

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Turkdunyasi.az President.az-a istinadən xəbər verir.
Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
- ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılır.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.
Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Bizimlə əlaqə saxlayın