15 
may
2022
12:08
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

NATO-dan Rusiya açıqlaması: Ukrayna belə qalib gələcək

15 may, 2022
12:08
1687

NATO Baş katibinin müavini Mirça Coana bildirib ki, Ukrayna xalqının və ordusunun cəsarəti, eləcə də Qərbin köməyi sayəsində Rusiyaya qarşı müharibədə qalib gələ bilər.
 
Turkdunyasi.az xarici KİV-ə istinadən xəbər verir ki, Coana bu barədə Berlində Alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə brifinq zamanı bildirib.
 
Onun sözlərinə görə, bu gün xarici işlər nazirləri Ukraynadakı son hadisələrə diqqət yetirəcəklər.
 
“Rusiyanın qəddar işğalı sürətini itirir və müttəfiqlərin və tərəfdaşların milyardlarla dollarlıq əhəmiyyətli dəstəyi - hərbi, maliyyə və humanitar dəstək sayəsində biz bilirik ki, Ukrayna xalqının və ordusunun cəsarəti sayəsində və bizim köməyimizlə bu müharibədə qalib gələcək”, - o, vurğulayıb.

Bizimlə əlaqə saxlayın