24 
may
2022
00:13
96

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Putindən başqa heç kimlə görüş istəmirik” - Zelenski

24 may, 2022
00:13
1296

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində davam edən müharibənin dayandırılması üçün Rusiya lideri Vladimir Putinlə görüşmək istəyir.
 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Zelenski Davos İqtisadi Forumunda deyib.
 
Foruma videoformatda qoşulan Zelenski Putindən başqa Rusiya rəsmilərindən heç kimlə görüş istəmədiklərini bildirib.
 
"Əgər söhbət müharibəni bitirmək üçün konkret qərardan gedirsə, Rusiya Prezidenti ilə görüş olmadan mümkün deyil. Vasitəçilərlə görüş arzumuz yoxdur və olmayacaq. Ona görə də Rusiya prezidentindən başqa heç kimlə heç bir görüşü qəbul etmirəm. Əgər masada yalnız müharibəni bitirmək olacaqsa. Danışacaq başqa bir mövzu yoxdur", - deyə Zelenski çıxışında deyib.
 
Qeyd edək ki, Rusiya rəsmiləri prezidentlərin görüşünün tərəflər arasında yekun razılıq əldə olunduqdan sonra mümkün olacağını bildirirlər.

Bizimlə əlaqə saxlayın