27 
may
2022
10:14
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanın azad etdiyi erməni hərbçinin FOTOSU yayıldı

27 may, 2022
10:14
1294

Xəbər verdiyimiz kimi, dünən - mayın 26-da Azərbaycanda saxlanılan erməni hərbçi Eduard Martirosov Ermənistan tərəfinə təhvil verilib.

Təhvil-təslim Rusiyanın Qarabağdakı sülhməramlı missiyanın komandiri, general-mayor Andrey Volkovun iştirakı ilə baş tutub. Azərbaycan tərəfinin təhvil verdiyi əsgər Xankəndidən İrəvana çatdırılıb.
 
Martirosov aprelin 23-də hərbi hissədən döyüş postuna gedərkən itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, erməni əsgər sərhədi azaraq Azərbaycan tərəfinə keçib.
 
Turkdunyasi.az xəbər verir ki, Ermənistan mətbuatı Eduard Martirosovun şəklini yayıb.

Məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının dindirdiyi Martirosov Azərbaycandakı saxlanma şəraitindən razılıq edib. Hərbçini artıq evinə buraxıblar.

Bizimlə əlaqə saxlayın