iyn
2022
00:52
119

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşdü - Zəngəzur müzakirəsi

4 iyn, 2022
00:52
9119

3 iyun 2022-ci il tarixində Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk arasında üçtərəfli görüş keçirilib.
 
Turkdunyasi.az Modern.az a istinadən  xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
 
Üçtərəfli İşçi Qrupun 10-cu iclasında tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərindən avtomobil, dəmir yolları vasitəsilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edərək mövqelərini yaxınlaşdırıblar.
 
Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan Respublikasının ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.
 
Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında regionda nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər.
 

Bizimlə əlaqə saxlayın