E-mail: [email protected]
Rusiya Qara dənizdə qüvvələrini yenidən toplayır
“İyunun 6-na keçən gecə Rusiya bəzi gəmiləri müvəqqəti işğal etdiyi Krımdakı bazalarına aparıb. Bununla o, 12-yə qədər qanadlı raket zərbəsi endirə bilər”.
Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəsmi nümayəndəsi Sergey Bratçuk “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri hücumları dəf etməyə hazırdır.
“Rusiya gəmiləri yenidən qruplaşmaqda davam edir. Hazırda düşmən Qara dənizdə suüstü gəmi və qanadlı raketlərlə təchiz edilmiş sualtı qayıq və bir neçə iri desant gəmisi toplayıb”, - deyə Bratçuk qeyd edib.
O bildirib ki, eyni zamanda, Rusiya Zmeyinı adasında öz döyüş potensialını artırır, lakin Odessa vilayətinin müdafiə qüvvələri də bir sıra qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Mənbə: Ukrinform