9 
iyn
2022
01:02
87
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Ukraynada müharibə başlayandan bəri ilk dəfə Çernobılda radiasiya detektorları işə salınıb
9 iyn, 2022
01:02
1787
Rusiyanın Ukaynaya hərbi müdaxiləsindən sonra ilk dəfə Çernobıl İstisna Zonasında radiasiya detektorları işə salınıb.
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
Bildirilir ki, radiasiya monitorinqi şəbəkəsi fevralın 24-də, Rusiya qoşunları Çernobıl zonasını işğal edəndən fəaliyyətini dayandırmışdı (ərazi martın 31-dək Rusiyanın nəzarətində olub).
İndi isə IRMIS (Beynəlxalq Radiasiya Monitorinqi İnformasiya Sistemi) xəritəsində İstisna Zonasından məlumat göndərən 39 detektorun əksəriyyəti görünür. Alınan ölçmələr radiasiya səviyyələrinin normal olduğunu və münaqişədən əvvəlki ölçmələrə uyğun gəldiyini göstərir.
Mənbə: UNİAN