E-mail: [email protected]
Paşinyanı söyən gənclər güllələndi: Bir hərbçi öldü
Aparanda öldürülən Amayak Mikaelyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbçisi olub.
Turkdunyasi.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə irakanum.am məlumat yayıb.
Xatırladaq ki, ötən gün saat 20:30 radələrində “Aparan” tibb mərkəzindən yerli polis şöbəsinə 7 vətəndaşın onlara güllə yarası da daxil olmaqla xəsarətlə çatdırılması barədə məlumat daxil olub.
Həkimlər nərkəzə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına yaralılardan birinin öldüyünü bildiriblər. Yaralıların bəziləri isə “Ermənistan” və Asthik” tibb mərkəzlərinə yerləşçdiriliblər.
Bir sıra Ermənistan KİV-lərinin məlumatına görə, hakim “Vətəndaş razılaşması” partiyasından olan deputat Matevos Asatryanın qohumları və Araqatsotn vilayətinin hökumətyönlü qubernator müavininin əmisi oğlu Edqar Parvanyanın qohumları bir qrup gənclə əlbəyaxa dava ediblər. Nəticədə yuxarıda adı çəkilən şəxslər (Matevos və Edqarın qohumları və dostları) Kalaşnikov avtomatından gənclərə atəş açmağa başlayıblar. Dava iştirakçılarından biri yerindəcə ölüb. Hadisə Niqavan kəndi ərazisində baş verib.
Mətbuatın yazdığına görə, hakim partiya üzvlərinin yaxınları gəncləri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı söydüyünə görə güllələyiblər.