21 
iyn
2022
00:56
85

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiyalılar silahla hədələyərək Xersonda seçici siyahılarını oğurladılar

21 iyn, 2022
00:56
1285

Rusiyalı işğalçılar Xerson vilayətinin Dövlət Arxivindən 2019-cu il üçün seçici siyahılarını oğurlayıblar.
Bu barədə Xerson vilayət polisi məlumat verib.
“Müvəqqəti olaraq işğal olunmuş Xerson şəhərində işğalçı hakimiyyət nümayəndələri Xerson vilayətinin Dövlət Arxivinə soxularaq 2019-cu il üçün seçici siyahıları əks olunan seçki sənədlərini oğurlayıblar.
İlkin versiyaya görə, Xerson şəhərinin və vilayətinin seçicilərinin şəxsi məlumatlarından işğalçılar Ukraynanın ərazi sərhədlərinin dəyişdirilməsi üçün psevdoreferendum təşkil etmək üçün istifadə edə bilərlər”, - deyə məlumatda bildirilir.
Hadisə ilə bağlı məlumat verən Xerson vilayətinin Dövlət Arxivi nümayəndəsinin sözlərinə görə, iyunun 7-də arxivin ərazisinə Rusiya Federasiyasının işğalçı orqanları tərəfindən yeni yaradılmış “Xerson vilayətinin hərbi-mülki administrasiyası”nın əməkdaşı sertifikatına sahib olan üç nəfər gəlib.
İşğalçılar qurumun əməkdaşlarını avtomat silahla hədələyərək arxivdən qanunsuz olaraq seçki sənədləri ilə dolu 15 qutu götürüblər.
Orada həmçinin 2019-cu ildə Ukraynada keçirilən növbəti prezident seçkisi üçün seçici siyahıları da olub.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin ikinci hissəsi ilə (“Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması”) cinayət işi açılıb.
Mənbə: Ukrainskaya pravda

Bizimlə əlaqə saxlayın