E-mail: [email protected]
Haaqa məhkəməsi Rusiya araqlarına həbs qoydu
Haaqa Apellyasiya Məhkəməsi Benilüks ölkələrində (Belçika, Niderland və Lüksemburq) “Stoliçnaya” və “Moskovskaya” da daxil olmaqla, Rusiyaya məxsus 18 araq brendinə həbs qoyub.
Məhkəmə “YUKOS”un keçmiş səhmdarlarının Rusiya Federasiyasına qarşı 50 milyard dollar məbləğində təzminat tələbi ilə bağlı iddiasını təmin edib.
İddiaçı tərəfdən bildirilib ki, bu hökm Nyu-York Konvensiyasına uyğun olaraq dünyanın 168 ölkəsində Rusiyanın dövlət əmlakının müsadirə edilməsi yolu ilə qanuni qərarların icrasına yol açır.
Qeyd edilib ki, Rusiya məhkəmənin qərarına əməl etməsə, o zaman 2020-ci ildə “Stoliçnaya” və “Moskovskaya” brendlərinin hüquqlarını almış keçmiş “YUKOS” səhmdarları bu brendləri hərrac vasitəsilə satışa çıxara biləcəklər.
Məlumat üçün bildirək ki, hazırda “Stoliçnaya” və “Moskovskaya” araq brendləri “Soyuzplodoimport” dövlət şirkətinin portfelinə daxildir.
Mənbə: TASS