iyl
2022
01:01
116

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Özbəkistanda qanunsuz keçirilən aksiyanın qarşısı alınıb - YENİLƏNİB + VİDEO

2 iyl, 2022
01:01
12116

Özbəkistan Daxili İşlər Nazirliyi Qaraqalpaqıstanın paytaxtı Nukusda on minlərlə insanın iştirak etdiyi kütləvi nümayişlə bağlı bəyanat yayıb.
“İyulun 1-də saat 15:00 radələrindən başlayaraq, bəzi Qaraqalpaqıstan vətəndaşları respublikada aparılan konstitusiya islahatlarının düzgün şərh edilməməsi nəticəsində Nukus şəhəri ətrafında planlaşdırılmamış yürüşlər keçirib, daha sonra isə mərkəzi Dexkan bazarı ərazisində toplaşıb və qanunsuz aksiya təşkil edib”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Dexkan bazarının ərazisində ictimai asayişin pozulmasının qarşısının alınması və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri hadisə yerinə cəlb olunub”, - deyə məlumatda qeyd edilir.
“Hazırda ictimai asayiş yerindəcə bərpa edilib, qanun pozuntularının yolverilməzliyinin aydınlaşdırılması, habelə vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada baxılması istiqamətində vətəndaşlarla iş aparılır”, - deyə əlavə edilir.
Hazırda şəhərin mərkəzində insanlar dağılışmağa başlayıb. Nümayişçilərlə görüşə Qaraqalpaqıstan Yuxarı Kenesinin sədri Murat Kamalov gəlib. O, nümayişçilərin azad edilməsini tələb etdiyi fəal Dauletmurat Tajimuratovun yanında çıxış edib.
Mənbə: kapital.kz
22:18
Özbəkistanda kütləvi etirazlar başlayıb. Etirazlara səbəb konstitusiyaya mümkün düzəlişlər olub.
Belə ki, Özbəkistanın Qaraqalpaqıstan Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi planlarına qarşı kütləvi etirazlar baş qaldırıb.
Yeni düzəlişlər sakinləri Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edə bilər.
Qaraqalpaqıstan Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40%-ni əhatə edir.

Mənbə: charter97.org

Bizimlə əlaqə saxlayın