E-mail: [email protected]
İranın rəsmi mediasında Azərbaycanla bağlı növbəti təxribat xarakterli məqalə dərc olunub - FOTO
İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribat xarakterli məqalə dərc edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Nəşrdə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı iddia edilib.
Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccətülislam” adı əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub.
“Bu gün Azərbaycanda müsəlmanların - şiələrin başına gətirilənlər keçmiş Sovet İttifaqı dövründə dindarlara münasibətdən daha pisdir. Ona görə də Stalinin vaxtındakı qorxu dövrü ilə müqayisə olunacaq bir vəziyyət yaranıb”, - deyə Xameneyinin ofisinin qəzeti yazıb.
Məqalədə Azərbaycanda başqa dinlərə və məzhəblərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma, islam dininə qarşı isə düşmənçilik olduğu iddia edilib, bundan başqa, yəhudi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunub.
Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun məqalənin sonunda rəsmi Bakı bir daha islam düşməni kimi qələmə verilib, bütün iddia olunanların isə ABŞ və İsrailin göstərişi ilə həyata keçirildiyi bildirilib.
Nəşrdə həmçinin Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları da yer alıb.
Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru, radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əi Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Nəşrdə dərc olunan yazılar İranın ali dini rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) və ETTELAAT-ın (İnformasiya Nazirliyi) mövqeyini əks etdirir.
Azad İran
İranın ali rəhbəri Əli Xameneyinin ofisinin mətbu orqanı sayılan "Keyhan" qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribatçı məqalə dərc edib. Yazıda Azərbaycanda müsəlmanlara qarşı amansız davranıldığı iddia edilir. Qəzet Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslərin fonunda Azərbaycan hakimiyyətinin "şiələrə qarşı zorakılıq hallarını" artırdığını yazıb.
Yazıda Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan "Höccətülislam" adını əlavə edən qəzet iddia edir ki, o, "sionistləri və vəhabiləri" ifşa etdiyi üçün həbs olunub. "Bu gün Azərbaycanda müsəlmanların və şiələrin başına gətirilənlər ölkədə dindarlara münasibətdə keçmiş Sovetlər Birliyi dövründə göstərilən münasibətdən daha pisdir. Ona görə də Stalinin dövründəki qorxu dövrü ilə müqayisə oluna biləcək bir vəziyyət yaranıb"- deyə, Xameneyinin ofisinin qəzeti yazıb.
Məqalədə Azərbaycanda başqa dinlərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma İslam dininə qarşı düşmənçilik kimi təqdim edilir və xüsusilə yəhidi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunur. Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun yazının sonunda bir daha Azərbaycan hakimiyyəti İslam düşməni kimi qələmə verilir və bütün bunların Amerika və İsrailin göstərişi ilə həyata keçirildiyi qeyd olunur. Bununla yanaşı, Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli İstihbarat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları bir daha səsləndirilir.
Xatırladaq ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əli Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Burada gedən yazılar İranın ali rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın və ETTELAAT-ın mövqeyini əks etdirir.👇👇
https://bit.ly/3nvvmzV
462viewsedited