E-mail: [email protected]
Türkiyə-Gürcüstan sərhədində 16 kilometrlik “TIR” növbəsi yarandı - VİDEO
Türkiyəni Gürcüstanla birləşdirən Aktaş gömrük məntəqəsinə gələn yük maşınları Gürcüstan tərəfinə keçidlərin ləngiməsi səbəbindən qoşa cərgə ilə düzülərək 16 kilometrlik növbə yaradıb.
Bildirilib ki, Türkiyənin artan ixracatı və Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı səbəbinə görə, Qara dənizdəki bəzi limanlardan istifadə edə bilməməsi səbəbindən quru yoluna yönələn daşımalar sərhəd qapılarında yük maşınlarının sıxlığını artırıb. Xüsusən də Gürcüstan tərəfində yol-tikinti işləri ilə əlaqədar gün ərzində məntəqədən keçən yük maşınlarının sayı məhdudlaşdırılıb.
Qeyd edək ki, növbədə gözləyən yük maşınlarından bəzilərinin son dayanacağı Azərbaycandır. Bəziləri isə ölkəmizdən keçərək, Özbəkistan və Qazaxıstan kimi digər ölkələrə getməlidir.
Mənbə: Haber Global