iyl
2022
12:32
102

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zelenskidən Putinə MESAJ

8 iyl, 2022
12:32
12102

Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə görə məsuliyyət daşıdığını və onu bitirə biləcəyini başa düşməsini istəyir.
Bu barədə Zelenski CNN telekanalına müsahibəsində danışıb.
Aparıcının “Əgər Putin hazırda müsahibəyə baxsaydı, Zelenski ona nə deyərdi?” sualına Ukrayna prezidenti aşağıdakı cavabı verib:
“Mən onu konkret olaraq məlumatlandırılmağa ehtiyacı olan şəxs hesab etmirəm. Bizim ərazimizdə Rusiyanın başladığı qanlı müharibə gedir. Sadəcə, onun bunu xüsusilə etdiyini başa düşməsini istərdim. Dərk etsin ki, konkret olaraq buna son qoya bilər. Bütün mesaj bundan ibarətdir. Seçim artıq onundur: davam etmək və ya son qoymaq”.
Zelenski həmçinin vurğulayıb ki, ukraynalılar sülh sazişi və müharibənin başa çatması naminə torpaqlarından imtina etməyə hazır deyillər.

Bizimlə əlaqə saxlayın