18 
iyl
2022
01:44
103

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyə ordusuna PUA əleyhinə silah verildi

18 iyl, 2022
01:44
93103

Kiçik ölçülü pilotsuz uçuş aparatları (mini və mikro PUA) ilə mübarizə sistemləri olan “Şahin” Türkiyə ordusuna təhvil verilib.
Bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir “Twitter” səhifəsində məlumat verib.
40 mm çaplı silah “Aselsan” konserni tərəfindən hazırlanıb.
Kompleksin daşınması, yerləşdirilməsi və quraşdırılması kifayət qədər asandır. Sistem yedəkli qoşquda yerləşir və modul dizayna malikdir.
Nazirin sözlərinə görə, “Şahin” sistemləri xüsusilə mühüm obyektlərin, dövlət sərhədinin mühafizəsində, eləcə də hava hücumundan müdafiə sahəsində uğurla istifadə oluna bilər.
Bundan əlavə, kompleks hədəfə münasibətdə ballistik hesablama funksiyasına malikdir. O, həmçinin radardan ötürülən məlumatlara diqqət yetirərək hədəfi izləyə bilir.
Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın