26 
iyl
2022
14:00
105

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İranlı polkovnik Kirmanda öldürülüb - FOTO

26 iyl, 2022
14:00
9105

İranın Kirman şəhərində silahlı qruplaşma ilə atışma nəticəsində polkovnik Əli Bərzəgar öldürülüb, daha beş hüquq mühafizəçi isə yaralanıb.
Bu barədə Kirman vilayəti üzrə polis idarəsinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Amin Qafuri məlumat verib.
Onun sözlərinə görə, iyulun 25-dən 26-na keçən gecə baş verən qarşıdurma zamanı silahlı dəstənin altı üzvü məhv edilib.
Əməliyyat zamanı hadisə yerindən üç elektroşoker, 17 silah, çoxlu sayda sursat və 697 kq narkotik (508,5 kq tiryək və 188,4 qram həşiş) müsadirə edilib.

Bizimlə əlaqə saxlayın