27 
iyl
2022
12:37
120

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiyanın Ukraynada 40 min hərbçisini itirdiyi iddia olunur - FOTO

27 iyl, 2022
12:37
9120

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 40 070 hərbçisini itirib.
Bundan başqa, Rusiyanın 1 738 ədəd tankı, 3 971 ədəd zirehli döyüş maşını, 883 ədəd artilleriya sistemi, 258 ədəd reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarəsi, 190 ədəd helikopteri, 174 qanadlı raketi, 2 847 ədəd nəqliyyat vasitəsi və avtoçəni, 15 ədəd gəmi-kateri, 726 ədəd dronu və 75 ədəd xüsusi texnikası məhv edilib.

Bizimlə əlaqə saxlayın