avq
2022
13:00
106

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İran polisi 2 azyaşlı uşağı GÜLLƏLƏDİ-FOTO

2 avq, 2022
13:00
77106

İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.
Lent.az "Azad İran"a istinadən xəbər verir ki, iyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar.
Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib. 

Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 
Məlumatda qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər. 
İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

Bizimlə əlaqə saxlayın