dek
2022
23:27
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyənin İraqdakı hərbi bazasına səkkiz raket atıldı

4 dek, 2022
23:27
7472

Bazar günü naməlum şəxslər Türkiyənin İraqın şimalındakı Ninəva əyalətində yerləşən Zlikan hərbi bazasına raket zərbəsi endirməyə cəhd göstəriblər.
Məlumata görə, raketlər Zlikan yaxınlığında yerləşən dağ silsiləsini aşa bilməyib. Bildirilir ki, bütövlükdə hərbi baza istiqamətində səkkiz raket atılıb. Raketlərin Mosul şəhərindən buraxıldığı vurğulanıb.
Qeyd edək ki, Zlikan və Türkiyə ilə sərhəddən 15 km aralıda yerləşən əl-Amadia kəndi yaxınlığındakı digər türk bazası vaxtaşırı müxtəlif növ hücumların hədəfinə çevrilir.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın