yan
2023
15:16
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Laçın-Xankəndi yolunda havaya üzərində “Stop ecocide!” yazılan şar qaldırılıb

8 yan, 2023
15:16
774

Laçın-Xankəndi yolunda təşkil edilən aksiya qarlı hava şəraitində dinc şəkildə davam edir.

Bu dəfə etirazçılar plakatlarla yanaşı, havaya üstündə “Stop ecocide!” yazılan böyük şar qaldırıblar. Eyni zamanda, “Ekocinayətə son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları səsləndirilir.

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edərək aksiyanı davam etdirməkdə qərarlıdırlar.

Bizimlə əlaqə saxlayın