10 
yan
2023
17:49
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gürcüstan portalı: Dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər

10 yan, 2023
17:49
1073

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində yayımlanan və geniş oxucu kütləsinə malik olan “Adjara.PS” portalında “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günüdür! Azərbaycanlıların həyatında qürurverici gün!” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə yayımlanan məqalədə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən geniş bəhs olunur.

Bildirilir ki, Həmrəylik Günü dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında birləşməsində mühüm rol oynayıb. Azərbaycan xalqı, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər. Bu bayram hər il daha böyük və daha geniş şəkildə qeyd olunur. Azərbaycanı tarixi Vətəni hesab edən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanma prosesini daim diqqət mərkəzində saxlayan dahi şəxsiyyət Heydər Əliyev də uzaqgörənliyi ilə insanları öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ümummilli Liderin xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən gətirilən sitatda deyilir: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayram kimi qeyd olunması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir”.
Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Buna baxmayaraq, öz milli-mənəvi varlığını qoruyub saxlayan yeganə bir dövlət var - müstəqil, suveren Azərbaycan Respublikası.

Bir fikir xüsusi vurğulanır ki, dünya azərbaycanlılarının birlik və həmrəyliyi ideyasının əsasını Azərbaycanın dövlətçiliyinə, dilinə, dininə, xalqımızın milli-mənəvi varlığına, onun daim qorunub saxlanmasına, yaşatmasına qayğı təşkil edir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində dünya azərbaycanlılarının birliyi və tərəqqisi daha da möhkəmlənib, inkişaf edib. Dünya azərbaycanlıları Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər.
Məlumat üçün qeyd edək ki, Baş konsulluq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Batumidə yaşayan 20 aztəminatlı ailəyə yardım edib.

Yardım alanlar göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə və Baş konsulluğa minnətdarlıq ediblər.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın