E-mail: [email protected]
Sergey Şoyqu infarkt keçirib?
“YUKOS” neft şirkətinin keçmiş ortağı Leonid Nevzlin öz bloqunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun infarkt keçirdiyini bildirib.
“Şoyqu oyundan kənarda qalıb, sağ qalsa, bəlkə də, əlil olacaq. Qəfildən geniş infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub. İnfarktın təbii səbəblərdən baş vermədiyi deyilir”, - deyə Nevzlin “Twitter”də qeyd edib.
Rusiya müdafiə naziri Sergey Şoyqunun xəstəxana yerləşdirilməsi və ya təqaüdə göndərilməsi barədə xəbərlər ilk dəfə deyil ki, yayılır. Mart ayında o, 13 gün ictimaiyyət qarşısına çıxmadı və bu, səhhəti ilə bağlı söz-söhbətin yaranmasına səbəb oldu. Aprelin 8-də Şoyqunu RLDP-nin sabiq sədri Vladimir Jirinovskinin dəfn mərasimində görüblər.
Leonid Nevzlin həmçinin vurğulayıb ki, Rusiyada Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. O, həbslərin nazirlikdə yeyinti ilə bağlı olduğunu bildirib:
“2014-cü ildən bəri Putinin blitskriq hazırlamaq üçün ayırdığı təxminən 10 milyard dollar oğurlanıb”.
Mənbə: Reform.by