15 
yan
2023
16:37
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir

15 yan, 2023
16:37
560

Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamağa davam edir.

Belə ki, hazırda Dneprdə Şinnaya küçəsi 14 ünvanında yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində ehtiyacı olan hər kəs, xüsusilə də raket atəşinə tuş gələn binanın dağıntıları arasında xilasetmə əməliyyatı aparan xidmətlərin əməkdaşları qida ilə təmin edilir.

Bu barədə Dnepr şəhər administrasiyasının rəhbəri Boris Filatov məlumat yayıb.

O, özünün “Facebook” səhifəsində polis əməkdaşlarının, xilasedicilərin, həkimlərin və ehtiyacı olan hər kəsin dağılmış evin yaxınlığındakı SOCAR yanacaqdoldurma məntəqəsində dincələ və pulsuz yemək ala biləcəklərini yazıb.

Qeyd edək ki, yanvarın 14-də Dnepr şəhərindəki yaşayış binasına raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, 71 nəfər yaralanıb.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın