fev
2023
22:04
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub

1 fev, 2023
22:04
666

Fevralın 1-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, general-leytenant Ə.Əfəndiyev qonağı salamlayaraq onu yeni təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

R.Öztop səmimi qəbula görə minnətdarlığını ifadə edib, ikitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadiləsi aparılıb.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın