fev
2023
22:07
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Komitə sədri: İrandakı səfirliyimizə hücumu pisləyən ilk ölkə məhz Türkiyə oldu

1 fev, 2023
22:07
972

İrandakı səfirliyimizə edilən terror hücumunu pisləyən ilk ölkə məhz Türkiyə oldu.

Bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupun rəhbəri Əhliman Əmiraslanov fevralın 1-də parlamentdə Azərbaycan və Türkiyə parlamentlərinin dostluq qruplarının üzvləri arasında keçirilən görüşdə deyib.

Komitə sədri bildirib ki, qardaş Türkiyə yeni prezident seçkiləri ərəfəsindədir və bu səfər hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycanla Türkiyə arasındakı münasibətlər ən yüksək səviyyədədir. Ölkələrimiz arasında imzalanan “Şuşa Bəyannaməsi” münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb”, - deyə dostluq qrupunun sədri vurğulayıb.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın