21 
fev
2023
16:04
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kiyevdən Putinin çıxışına rəsmi REAKSİYA - latınca...

21 fev, 2023
16:04
663

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə illik müraciətini şərh edib.
 

Turkdunyasi.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.
"Putin öz əhəmiyyətsizliyini və çaşqınlığını açıq şəkildə nümayiş etdirdi. Və o, Rusiyanın qeyd-şərtsiz "tayqa meşəsinin çıxılmaz nöqtəsində" olduğunu vurğuladı. Onun perspektivli həll yolları olmadığı və olmayacağı üzə çıxdı. Hər yerdə "nasistlər, marslılar və sui-qəsd nəzəriyyələri" var. "Sic transit gloria mundi" (Latınca "Budur, dünyanın möhtəşəmliyi beləcə keçir" mənasına gəlir - red.) Putin Rusiya parlamentində ...", - deyə Podolyak qeyd edib.
Xatırladaq ki, Putin bugünkü çıxışında ənənəvi olaraq Ukrayna əleyhinə danışıb və faşizm barədə iddialar səsləndirib.
 

Putin publicly demonstrated his irrelevance and confusion. He stressed that RF is in "taiga deadlock”, has no promising solutions and won't have any. Because everywhere there are "Nazis, Martians and conspiracy theories"...
Sic transit gloria mundi of Putin in RF’s parliament

— Михайло Подоляк (@Podolyak_M) February 21, 2023

Bizimlə əlaqə saxlayın