24 
fev
2023
11:45
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub - YENİLƏNİB

24 fev, 2023
11:45
1281

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunaraq Şərur rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.
Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxil işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.
"Report" xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Bizimlə əlaqə saxlayın