24 
fev
2023
16:05
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

QHT rəhbəri: "Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik"

24 fev, 2023
16:05
984

"Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün işlərimizi davam etdirəcəyik".
"Report " xəbər verir ki, bu fikirləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı 30 ildən artıqdır Azərbaycan xalqının hiddətinə səbəb olub: "Erməni silahlı qüvvələrinin vəhşiliklə törətdiyi bu soyqırım Azərbaycan tarixinə qara hərflərlə yazılıb. Azərbaycan hökuməti və xalqı bu hadisəyə hüquqi qiymət verilməsi üçün çalışır. Bir çox ölkə Xocalı faciəsini tanıyıb. Biz vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Çalışmalıyıq ki, Xocalı faciəsi ilə bağlı həqiqətlər daim dünya ictimaiyyətinin diqqətində olsun".

Bizimlə əlaqə saxlayın