16 
apr
2022
11:08
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Baydenin bu hərəkəti Brejnevlə MÜQAYİSƏ EDİLDİ

16 apr, 2022
11:08
970

“The American Conservative” jurnalının redaktoru Rod Dreher ABŞ Prezidenti Co Baydeni Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevlə müqayisə edib.
Turkdunyasi.az xarici mediaya istinadən xəbər verir ki, sözhbət Baydenin Ağ Evdə Barak Obama ilə görüşündək davranışından gedir.
Dreherin sözlərinə görə, ABŞ lideri Bayden ətrafda olmayan biri ilə əl sıxmağa çalışıb, daha sonra səhnənin ətrafında məqsədsiz şəkildə gəzməyə başlayıb.
Jurnalist xatırladıb ki, Bayden ABŞ Silahlı Qüvvələrinin ali baş komandanıdır: 
“Belə olan halda onun özünü idarə edə bilməyəcəyi tamamilə aydın olur… Seçkilərdəki mövqeyinin zəifliyi baxımından mən Baydeni Cimmi Karter kimi düşünürdüm. Ancaq indi o, mənə keçmiş SSRİ rəhbəri Leonid Brejnevin hakimiyyətinin son illərindəki davranışlarını xatırladır”. 
Baydenin qəribə davranışı social şəbəkələrdə də təəccüb doğurub.
Həmçinin, bəzi siyasətçilər, o cümlədən 51 yaşlı Texas senatoru Kruz dövlət başçısının idrak funksiyalarının mümkün pisləşməsinə işarə edib. 
 

Bizimlə əlaqə saxlayın