E-mail: [email protected]
“Nə Bakı, nə də İrəvan Rusiyanın vasitəçiliyinə ehtiyac duyur“ - Eks-səfir
"Həm Azərbaycan, həm də Ermənistan özlərini Rusiyanın vasitəçiliyinə möhtac görmürlər".
Yenisabah.az "QUdsonline"yə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, Türkiyə uzun müddətdir ki, Ermənistanla əlaqələr qurmaqda maraqlıdır:
"Türkiyənin Azərbaycana dəstəyinə görə Ermənistan Türkiyə ilə bu tip ünsiyyətdə çox da maraqlı deyildi. Amma Türkiyədə baş verən dağıdıcı zəlzələ humanitar aksiya çərçivəsində Türkiyəyə yol açıb və zəlzələdən zərər çəkənlərə yardım göndərib. Lakin "erməni soyqırımı" iddiası, eləcə də Türkiyənin Azərbaycan Respublikası ilə yaxşı münasibətləri və s. iki ölkə arasında münasibətlərə ağır kölgə salır. Görünən odur ki, humanitar aksiya siyasi əlaqələrin normallaşdırılmasını əhəmiyyətli bir üfüqə çevirəcək.
Təbii ki, indi söhbət təkcə humanitar yardımdan getmir, Ermənistana qonşu olan Türkiyə şəhərləri ciddi ziyan görüb və yenidən tikilməlidir, sərhədi daha uzun müddət açıq saxlamaq lazımdır. Bunlar göstərir ki, Türkiyənin Ermənistana münasibətdə daha müsbət yanaşmaya ehtiyacı var və bəlkə də bu, tədricən yaxşılaşma üçün müsbət addım sayıla bilər".
Keçmiş səfirin fikrincə, Türkiyə ilə Ermənistan arasındakı fikir ayrılıqları qat-qat dərindir.
M. Pakayin Münxen görüşlərini şərh edərək onu "ölkələrin problemlərinin həllinə yönəldiyini" qeyd edib: "Əgər ölkələr xoş niyyətli olsalar, regionun problemlərinin uzunmüddətli perspektivdə həll olunacağına ümid etmək olar".
onun fikrincə, Rusiya hələ də bölgədə təsir çəkisini qoruyub:
"Həm Azərbaycan, həm də Ermənistan Rusiyanın vasitəçiliyinə möhtac görmür. Lakin Rusiya öz təsirini genişləndirmək və mövcud problemlərin həllinə kömək etmək üçün hər iki ölkə ilə münasibətlərini saxlamağa meyllidir".