16 
apr
2022
12:03
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kiyev səhəri partlayış səsləri ilə açdı

16 apr, 2022
12:03
9283

Bu gün səhər saatlarında Rusiya ordusu Kiyev şəhərini atəşə tutub, şəhərin kənarında yerləşən Darnitski rayonunda partlayışlar baş verib.
Bu barədə Kiyev meri Vitali Kliçko danışıb:
“Səhər saatlarında Kiyev atəşə tutulub. Şəhər kənarındakı Darnitski rayonunda partlayışlar olub. Hazırda xilasedicilər və həkimlər hadisə yerində işləyir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”.
Şəhər meri sakinləri hava hücumundan xəbərdarlıq siqnallarına laqeyd yanaşmamağa çağırıb. O, həmçinin artıq paytaxta qayıtmağa hazırlaşan kiyevlilərdən bu addımdan çəkinməyi və bir müddət təhlükəsiz yerlərdə qalmağı xahiş edib.
Mənbə: Pravda

Bizimlə əlaqə saxlayın