16 
apr
2022
12:33
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiyanın indiyədək verdiyi itkilər AÇIQLANDI

16 apr, 2022
12:33
973

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə itkiləri barədə yeni rəqəmlər açıqlayıb.
 
Modern.az xəbər verir ki, Baş Qərargah indiyədək döyüşlərdə Rusiyanın 20 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bəyan edib.
 
Bundan başqa, qeyd olunub ki, Rusiyanın 762 ədəd tankı, 1982 ədəd zirehli döyüş maşını, 371 ədəd artilleriya sistemi, 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 145 ədəd helikopteri, 1458 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 138 ədəd dronu, 26 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
 
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Bizimlə əlaqə saxlayın